XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 October 2016 - 14:01

Ronaldinyonu Bakıya Kəmaləddin Heyədrovun oğlu gətirib

ronald

Məşhur braziliyalı futbolçu Ronaldinyo Bakıya gəlib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) mətbuat xidmətinin rəhbəri  Mikayıl Nərimanoğlu bildirib ki, Ronaldinyonun Azərbaycana gəlməsinin AFFA ilə əlaqəsi yoxdur.

Fanat.az bildirir ki, Braziliyalı futbolçu ölkəmizə "Ronaldinyo Akademiyası"nın açılışı üçün səfər edib. O, "Qəbələ" klubunun prezidenti Tale Heydərovun dəvəti ilə paytaxtımıza təşrif buyurub. Bununla bağlı bu gün Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək. Tədbir saat 16:00-da başlayacaq.

 Məsələ ilə bağlı modern.az-ın suallarını cavablandıran “Qəbələ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin sözlərinə görə, Ronaldinyonu Bakıya “Qəbələ”nin prezidenti Tale Heydərov gətirib.

 Qeyd edək ki, “Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

 “Barselona”, PSJ və “Milan”ın sabiq futbolçusu Ronaldinyo 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yaponiyada keçirilən dünya çempionatının qalibi olub.

2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək “Qızıl top” mükafatını qazanıb.

FİFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.