XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 10:29

Goran çayı daşdı, evlərə ciddi ziyan dəydi- FOTOLAR

Yağış Goranboy rayonunda evlərə ziyan vurub.

Trend ARB Kəpəz-ə istinadən xəbər verir ki, güclü yağışlar Goranboy rayonunda fəsadlara yol açıb. Qaraçay və Goran çayının məcrasından çıxması daşqına səbəb olub. Nəticədə ona yaxın yaşayış məntəqəsini su basıb.

Evlərin həyətyanı sahələri ilə yanaşı, kənd təsərrüfatına da ziyan dəyib, ev quşları tələf olub. Fəsadların aradan qaldırılması üçün əraziyə texnikalar cəlb edilib. Adıçəkilən çaylardakı sel suları nəzarət altına alınıb.

Rayon Fövqaladə Hallar Komissiyası sel sularından zərər görən yaşayış məntəqələrinə dəyən ziyanın miqyasını araşdırır.