Oktyabrın 28-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Ağsu rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Ağsu, Şamaxı və Kürdəmir rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 174) keçiriləcək.
Vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və “[email protected]” elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.