XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 12:26

Lerikdə 50 məntəqə işıqsız qalıb- Qarın fəsadları

Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir. 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.
 
Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.
 
Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub.