XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2016 - 10:31

İrandan ölkəmizə piyada gələn vətəndaşın cibindənnarkotik həblər çıxdı

narkotik-heb

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə, xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.