XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2016 - 11:35

Yük maşınlarına qarşı mübarizə başlanıb:Yol polisi 200 maşın sürücüsünü cəzalandırılıb

yuk-masini

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb.

“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin oktyabr ayından başlanılan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə DYP əməkdaşları tərəfindən protokol tərtib olunub, 200-dən artıq avtonəqliyyat vasitələrinin sahiblərinə isə bununla bağlı xəbərdarlıq edilib.

DYP əməkdaşları tərəfindən protokollar Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunun 34-1 və İnzibati Xətalar Məcəlləsinin 353-cü maddələrinin pozulmasına görə tərtib edilir, sonra isə normadan artıq yüklərin boşadılması istiqamətində addımlar atılır. Yalnız bundan sonra yük maşınlarının hərəkətlərinə davam etmələrinə icazə verilir.

Tələblərin pozulması halları “Azəravtoyol” ASC-nin M-1 Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 67-ci və 84-cü, həmçinin M-2 Baki-Ələt-Gazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 46-cı və 244-cü kilometrində fəaliyyət göstərən tərəzi nəzarət məntəqələrində elektron avtomobil tərəziləri vasitəsi ilə aşkarlanır.

Tələbləri pozan və DYP əməkdaşına tabe olmayan sürücülərə qarşı onlayn rejimdə elektron protokol tərtib edilir və aidiyyətı üzrə qeydiyyat ünvanlarına göndərilməsi təmin olunur.