XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Oktyabr 2016 - 18:21

Cəlilabadda daşan göl su bəndini dağıtdı:Bakı-Astara magistral yolu bağlandı -FOTO

ceiliabad-bend

 

Cəlilabad rayonunda su bəndi dağılıb.

“Report”un Aran bürosu xəbər verir ki, son günlər aramsız yağan yağışlar rayon ərazisindəki bəzi göllərin səviyyəsini qaldırıb. Yerli sakinlərin sözlərinə görə, rayonun Cəfərxanlı kəndi ərazisindəki belə göllərdən birinin səviyyəsi maksimum həddə çatdığından bənd yarılıb.

Gölün suyu İncəçay vasitəsi ilə axıdıldığından rayonun Alar kəndi üçün də təhlükə yaranıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Yerli sakinlərin verdiyi məlumata görə, suyu ötürməkdən ötrü Ələt-Astara magistral yolu bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hadisə yerindədir. 

celelabad