XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Oktyabr 2016 - 15:23

Cənub bölgəsində uçqun baş verdi,iki rayona gedən yollar bağlandı

yol-cokme

Masallının Zuvand kəndinə giriş yolu bağlanıb, Lerik rayonunun Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində – "Dağlar qapısı" deyilən ərazidə isə dağ uçqunu baş verib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Hər iki prosesin sürüşmə ilə bağlı olduğunu deyən Sadiq Əmiraslanov bildirib ki, qarın yağması nəticəsində Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunda suxurlar arasındakı boşluq yuyulub: "Nəticədə yolun 10-cu kilometrliyində ucqun baş verib. Yoldakı ən böyük ucqun kütləsinin ölcüsü 5 metrdir. Bu proses yolun təxminən 35-40 metr hissəsini əhatə edir. Hazırda yol istismar idarəsinin texnikaları yolun açılması üçün tədbirlər görür".

Sadıq Əmiraslanov Masallının Zuvand kəndində də müvafiq strukturlar tərəfindən yolun açılması üçün tədbilərin görüldüyünü söyləyib.