XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 11:44

Rusiyalı tarixçi erməni terrorizmi ilə bağlıaraşdırma aparıb

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu qurumun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində rusiyalı tarixçi və siyasi analitik, hüquqşünas Oleq Kuznetsovla görüş keçirilib.

Azərtac xəbər verir ki, fondun icraçı direktoru Oqtay Səmədov qonağı tədbir iştirakçılarına təqdim edib, görüşün mahiyyətindən danışıb.

Rusiyalı qonaq bu həftə ərzində bir sıra maraqlı görüşlər keçirdiyini, müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabını Azərbaycan auditoriyasına təqdim etdiyini bildirib. O, beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı apardığı araşdırmalar barədə məlumat verib.

Qeyd edək ki, tarixçi alim O.Kuznetsovun müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” əsərinin Azərbaycanda bir sıra qurum və təhsil müəssisələrində təqdimatı keçirilib.