XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Oktyabr 2016 - 15:21

Millət vəkili:"Bir ildə pambıq ixracından Azərbaycan 29 milyon dollar qazanıb"

"2015-ci ildə pambıq ixracından Azərbaycan 29 milyon dollar gəlir əldə edib".

Trend-in məlumatına görə, bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov jurnalistlərə açıqlamasında deyib: "2015-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı qeyri-neft məhsullarının ixracının ümumilikdə 47 faizini (təxminən 700 milyon dollar) təşkil edib. Təkcə pambığın hesabına biz 29 milyon dollar qazanmışıq".

E.İbrahimov qeyd edib ki, kənd təsərrüfatını fəal şəkildə inkişaf etdirmək vacibdir.