XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 20:47

Nazirlik məktəbəqədər təhsilin dövlət standartlarına dair layihəniictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.

Nazirlikdən Azərtac-a bildiriblər ki, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

İctimai müzakirədə iştirak etmək istəyənlər nazirliyin internet saytının “Sənədlər” bölməsində (http://edu.gov.az/upload/file/layihesenedi/mektebeqeder_tehsilin_dovlet_standartlari.pdf həmin sənədlə tanış ola bilərlər.

Rəy, təklif və iradları [email protected] elektron poçtuna göndərməklə bildirmək mümkündür.

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.