XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

31 Oktyabr 2016 - 10:52

Moskva Suriya qaçqınlarını niyə qəbul etmir? –“Bizdən xoşları gəlmir”

miqranti

Rusiyanın Suriyada prezident Bəşər Əsədə dəstək olaraq hərbi hava hücumları kampaniyası başlamasından öncə, bir çox suriyalı Moskva və Dəməşq arasında uzun müddətdir mövcud münasibətlər nəticəsində biznez və ailə əlaqələri yarandığına görə Rusiyaya pənah gətirirdi.

Strateq.az bildirir ki, bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.

Yazıda deyilir ki, bu yaxın əlaqələrə baxmayaraq, Rusiya dövlət orqanları yalnız iki suriyalıya qaçqın statusu verib və uşaqlar da daxil olmaqla minlərlə başqa şəxsi təkcə müvəqqəti hüquqi statusla təmin ediblər.

Rusiyanın Noginsk şəhərində xeyriyyə təşkilatlarının suriyalı qaçqınlar üçün açdığı bu məktəbdəki uşaqların ailələri Hələbdən Rusiyanın bombardman kampniyasını başlamasından öncə qaçıb: “Onlar bunu bizimlə müzakirə etməkdən çəkinirlər. Ona görə də mən onların bu müharibə ilə bağlı nə düşündüklərini deyə bilmərəəm. Mən onların xoşbəxt olduğunu fikirləşmirəm. Onların Suriyada ya xəbərsiz yoxa çıxan, ya da naməlum istiqamətdə qaçan qohumları var” –deyə təşkilatın nümayəndəsi deyib.

Müharibəyə baxmayaraq, hakimiyyət orqanları yeni gələnlərə qaçqın statusu verməkdən imtina edir:"Müharibə dövründə qadınlar və uşaqlara müvəqqəti sığınacaq verilmir, eyni zamanda, bütün KİV-lər bizim Hələbi bombaladığımızı və qaçqınların əksəriyyətinin oradan gəldiyi haqda məlumat verir."

Buradakı qaçqınların çoxunun sənədi yoxdur və qanunsuz olaraq tikiş fabriklərində çalışır. Rəsmilərdən qorxduqları üçün onlar uşaqlarını rus məktəblərinə göndərmir. Hətta on illərdir Rusiyada yaşayan və Rusiya vətəndaşı olan suriyalılar da deyir ki, rəsmilər qaçqınların halına acımır. “Öz aralarında bu insanlar gileylənmir, əksinə şükr edirlər. Amma rəsmilər onlarla pis rəftar edir. Bir sözlə, hazırda burada suriyalı olmaq çox çətindir.”

Riyad Rusiyaya Hələbdən 1989-cu ildə köçüb və ölkə vətəndaşı olub. Lakin müharibə başlayandan həyat yoldaşı da daxil olmaqla, onun ailə üzvlərinə müvəqqəti viza verilir: “Sonra rəsmilər vizanın uzadılmasından imtina edib təklif etdilər ki, biz geri dönək. Biz isə müharibə gedən ölkəyə dönməyin qeyri-mümkün olduğunu dedik.” Riyad deyir ki, onun Hələbdəki evi dağıdılıb və bir əsgər oğlu öldürülüb. Onun digər iki oğlu isə Almaniyada yaşamaq üçün başqa miqrantlarla birlikdə Türkiyədən Avropaya qayıqlarda təhlükəli səfər ediblər. Ailənin ayrı düşməsinə görə Riyad Rusiya vətəndaşı olmasına təəssüflənir: “Bizim bura xoşumuza gəlmir, çünki bura bizim ölkəmiz deyil. Biz anadan olduğumuz və böyüdüyümüz yerdə yaşamaq istəyirik. İcazə verin, müharibə davam edənədək burada qalaq. Bitəndən sonra isə biz ilk təyyarə ilə geri dönəcəyik.”

Noqinskdəki bu suriyalı uşaqlar xeyriyyə təşkilatının idarə etdiyi məktəbin yaxınlığında oynayır. Ancaq qış yaxınlaşır və məktəbdə mərkəzi istilik sistemi olmadığı üçün onların sinifləri başqa yerə köçürülə bilər.