XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2016 - 12:40

Noyabr ayı üçün hava proqnozu –Sabah yağış yağacaq

hava

Bakı və Abşeron yarımadasında noyabrın 1-də arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz  9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz  9-11° isti olacağı gözlənilir.

 Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət  85-95% təşkil edəcək.

Nazirliyin xəbərdarlığında qeyd olunur ki, noyabrın 1-dən 3-dək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 3-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.