XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2016 - 13:48

Bərdədə ana 14 –cü uşağı dünyaya gətirib:“13-cü uşaq doğulanda vəd verdilər ki, maşın verəcəyik, vermədilər”

ana-14-usaq

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.

 Rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öndə doğulsa da, ailə bunu gizli saxlayıb. Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: “13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum-əqrəbanın, dost-tanışın yanında utandırdılar”. (APA)

 Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.

 Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

ata-14