XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

02 Noyabr 2016 - 13:30

Azərbaycanda ilk dəfə trans-telefon EKQ sistemitətbiq edilib

hekim

Azərbaycanda ilk dəfə trans-telefon EKQ sistemi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında tətbiq edilib.

Bu barədə Azərtac-a klinikanın kardioloqu Fərid Əliyev məlumat verib.

Cihazın əsas xüsusiyyətlərindən danışan Fərid Əliyev bildirib ki, bu, normal EKQ sistemi olmaqla, həm də xəstənin üzərində daşına bilir. “Sistem mobil telefon vasitəsilə idarə olunur və xəstənin yerindən asılı olmayaraq GSM xətti üzərindən işləyir. Həkim istədiyi zaman xəstə ilə bağlantı quraraq (əsasən internetin və telefonların işlədiyi yerlərdə) onu izləyə bilir. Xəstənin hər hansı şikayəti olduğu halda, bir düyməni basmaqla kardioqrama qeydlərini aparır. Bu sistem əsasən nadir şikayətləri olan (3-4 ayda bir) və riskli xəstələr üçün istifadə olunur”.

Həkim bu cihazın mobil şəbəkənin olmadığı yerlərdə xəstə ilə bağlı şikayətləri qeyd etdiyini və mobil şəbəkəyə keçildiyi andan etibarən lazım olan məlumatları birbaşa mərkəzə ötürdüyünü də bildirib.

Fərid Əliyev onu da qeyd edib ki, bu sistem sayəsində xəstədəki ürək ritminin 24 saatlıq nəzarəti uzun müddət (aylıq) aparılır.