XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 19:00

“Səyyar Valideynlik Məktəbi” baş tutdu –FOTOlar

syyar-1

“Sağlam Həyata Dəstək” İctimai Birliyi Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Səyyar Valideynlik Məktəbi” layihəsini icra edib.

Strateq.az-a verilən məlumata görə, layihə çərçivəsində oktyabrın 10-da Cəlilabadda, oktyabrın 11-də Masallıda, oktyabrın 12-də Yardımlıda, oktyabr 13-dən 20-dək Bakı şəhərinin 3 və 5 saylı xüsusi internat məktəblərində əlilliyi olan uşaqlar və onların valideynlərindən ibarət qruplarla sosial iş və sosial xidmətlər haqqında maarifləndirilmə tədbirləri keçirilib.

Tədbir zamanı əlil və sağlamlıq imkanları məhdud olan uşaq və valideynlərinin hüquq və vəzifələri, uşaqların gənclik dövrünə hazırlığına dəstək, peşə seçimi və uğur stimulu ilə bağlı məlumatlar verilib. Layihə çərçivəsində maarifləndirmə işi 500 nəfəri əhatə edib və Valideyn Uşaq Assosiasiyaları yaradılıb.

Avqust-oktyabr ayları ərzində davam edən layihə uşaq və valideynlərdən başqa onların yaxın qohumlarını, himayədarlarını, qəyyumlarını, sosial əhatəsini də əhatə edib. Bundan əlavə, kiçik və yuxarı sinif şagirdləri ilə art terapiya keçirilib.

seyyar-2

sey-4

sey-5

sey-6

sey-7

sy-8

sey-9