XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2016 - 13:08

BMT-nin Əhali Fondunun ofisi:“Ermənistan əhalisi son 10 ildə sürətlə azalmağa doğru gedir”

ermeni-ehali

Ermənistanda dərin demoqrafik böhran hökm sürür. İşğalçı ölkədə doğum sayı azalıb, miqrasiya tempi isə artıb. İlin 9 ayının nəticələri ölkədə ciddi həyəcan yaradıb.

Cari il oktyabrın 1-dək olan məlumata əsasən, Ermənistanda yaşayan daimi əhalinin sayı 2 milyona yaxındır. Statistika idarəsinin yaydığı məlumatda deyilir ki, ölkədə əhalinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 min nəfər və ya 0,3 faiz azalıb. Doğum göstəricisi ötən illə müqayisədə 2,3 faiz azalıb.

BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Adibikyan bildirib ki, Ermənistanda demoqrafik vəziyyət sabit deyil. Hətta həyəcan təbili çalmağın zamanı yetişib. Ölkə əhalisi son 10 ildə sürətlə azalmağa doğru gedir. Bunun bir səbəbi doğum sayının aşağı düşməsidirsə, digər səbəbi miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli həddədir. Ölkədə miqrasiyanın mənfi saldosu ilin 9 ayı ərzində 25 mini keçib. Əhalinin xaricə axınının qarşısı alınmasa, bu, ciddi fəsadlarla nəticələnəcək.