XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

03 Noyabr 2016 - 15:42

Ölkədə qripə qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb

 

qrip

Ölkədə qrip və kəskin respirator virusa qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb.

 Bu barədə APA-ya Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova məlumat verib. O bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə imzaladığı əmr əsasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən sərəncam verilib. Sərəncama əsasən dezinfeksiya tədbirləri ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlər və əhalinin digər kütləvi toplaşdığı ərazilərdə aparılacaq.

 Noyabrın 1-də başlayan tədbirlər ayın 12-dək davam edəcək: "Dezinfeksiya Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı və Cəlilabadda aparılacaq”.