XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 Mart 2015 - 15:21

DİN yeni şəxsiyyət vəsiqələri verdi

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində Laçın, Cəbrayıl, Füzuli, Zəngilan və Şuşa rayonlarının şəxsiyyət vəsiqələrinin etibarlıq müddəti bitmiş sakinlərinə və orta ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdlərinə bu sənədlərin verilməsi ilə bağlı səyyar xidmət keçirilib. Daxili İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, tədbir zamanı adı çəkilmiş rayonların ümumilikdə 364 sakininin müvafiq sənədləri qəbul edilib. Bununla yanaşı, 336 yeni şəxsiyyət vəsiqəsi sahiblərinə təqdim edilib. Eyni zamanda, sözügedən Baş İdarə və Pirallahı RPŞ-nin və Qaradağ RPİ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Xəzər dənizindən 35 kilometr aralıda yerləşən çilov adasında və Müşfiqabad qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində də səyyar xidmət keçirilib. Burada keçirilmiş anoloji xidmətlər zamanı, ümumən, 136 nəfər yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Orta məktəblərin 38 buraxılış sinif şagirdinin müvafiq sənədləri qəbul olunub. Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.