XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 17:39

Məktəb direktoru və müəllimlərə şagirdlərin döyülməsi və pul yığımı ilə bağlı rəsmi –Xəbərdarlıq

mekteb

Bakı şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə müəllimlərin şagirdləri cəzalandırması hallarına münasibət bildirib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, məktəbdə uşağın təhsil almaq hüququ ilə yanaşı, digər hüquqları da müdafiə olunmalıdır. 

Onun sözlərinə görə, təhsil naziri tərəfindən 2011-ci ildə müəllimlərin etik davranış qaydaları ilə bağlı müvafiq əmr imzalanıb:

 "Həmin qaydalardakı bəndlərdən biri də müəllimlərin davranışında uşaqlara qarşı zorakılıq hərəkətlərinə yol verilməməsidir. Təbii ki, ictimaiyyətin hər bir nümayəndəsi kimi bizim də bu məsələyə münasibətimiz çox sərtdir. Nəzarət mexanizminə gəlincə, bununla bağlı məktəb direktorları və digər əməkdaşlarla qaydalara riayət edilməsi ilə bağlı mütəmadi söhbət edirik. İdarə bu kimi halları ciddi nəzarətdə saxlayır. Orta məktəblərdə şagirdlərə qarşı hansısa kobud hərəkət edən müəllimlər inzibati qaydada cəzalandırılacaq".

M.Vəliyeva məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunmasına da aydınlıq gətirib. 

O vurğulayıb ki, idarənin bu məsələdə mövqeyi birmənalıdır. Şagirdlərdən pul yığılmasının yolverilməz olduğunu deyən müdir vurğulayıb ki, idarə tərəfindən direktorlara bununla bağlı tapşırıqlar verib və bundan sonra da veriləcək:

"Bu istiqamətdə fəaliyyətin məktəb rəhbərliyi tərəfindən keçirilməsinə şübhə ilə yanaşıram, çünki onlar bu məsələnin nə qədər diqqət mərkəzində olduğunu yaxşı bilirlər. Amma bunu da qəbul edirəm ki, bəzi hallarda valideyn komitələrinin sədrləri hansısa tədbiri təşkil etmək üçün pul yığmaq təşəbbüsü göstərirlər. Bu da valideynlərdən gələn təşəbbüsdür. Lakin yenə də bu məsələyə məktəb rəhbərliyi nəzarət etməlidir. Hesab edirəm ki, narazılıqlar da bu məsələdən qaynaqlanır".

APA