XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2016 - 14:21

Sabaha olan hava proqnozu –19 dərəcə isti olacaq

hava

Bakıda və Abşeron yarımadasında noyabrın 08-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 13-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 08-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.