XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Noyabr 2016 - 15:30

Keyfiyyətsiz xidmət göstərən turizm obyektləri ləğv olunacaq –Qanuna dəyişiklik

terror-turizm

 

Azərbaycanda xidmət keyfiyyəti aşağı düşən turizm müəssisələrinin sertifikatı ləğv olunacaq.

Bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində əks olunub. (Trend)

Layihəyə görə, turizm infrastrukturu subyektinin xidmət keyfiyyətinin aşağı düşməsi və onun fəaliyyətinin idarəetmə tələblərinə uyğun gəlmədiyi müəyyən olunduqda uyğunluq sertifikatı ləğv olunacaq.

Bununla yanaşı, turizm infrastrukturu subyekti barəsində məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarılacaq.

Qeyd edək ki, uyğunluq sertifikatı istehsal olunmuş məhsulun müvafiq standarta, texniki reqlamenti və digər normativləri hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edir.