XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2016 - 14:45

“Azəri-Çıraq-Günəşli” yatağında qəza, yoxsa… –“BP-Azerbaijan”ın işçisi itkin düşdü

xezer2

"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismar olunan “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər saatlarında itkin düşüb". 

“BP-Azerbaijan” şirkətinin yaydığı məlumata görə, şirrkət itkin düşən işçisi ilə bağlı axtarış aparır:

 “BP özünün  qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilib”.

Məlumata görə, itkin düşən şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb: “BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir”.

Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır.