XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 23:59

Bank maşını əlindən aldı, ancaq yenə faiz hesablayır –Kredit qalmaqalı (VİDEO)

kredit-1

Bərdə sakini Zamin Dadaşov bir neçə il əvvəl avtomobil krediti götürüb. Ödəniş edə bilmədiyinə görə borc girova, yəni maşına yönəldilib.

Strateq.az "Xəzər TV"yə istinadən bildirir ki, avtomobil krediti götürmüş şəxs borcunu ödəyə bilmədiyindən maşını banka təhvil verib. Bir müddət sonra isə bankdan zəng olunub ki, kreditin ödənişini davam etdirməlidir. Kreditin ödənişini gecikdirib, avtomobilini itirsə də, borcdan canını qurtara bilməyib. 

İndi həmin şəxsin nə avtomobili qaytarılır, nə də borcu silinir.

Vəkil Xəyal Bəşirovun sözlərinə görə, borc girova yönəldilibsə, avtomobil hərraca çıxarılmalıdır. Ancaq Zamin Dadaşova maşının satılması ilə bağlı heç bir məlumat verilməyib.

Lakin qanuni hərrac keçirilsə belə, bu, borclunun məsuliyyətini azaltmır. Avtomobil hərracda aşağı qiymətə satılırsa, dəyəri kredit məbləğindən azdırsa, borclu qalan məbləğin ödənişini davam etdirməlidir.