XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 Noyabr 2016 - 11:50

“Yanan bina”nın məhkəməsi:Polüretanla bağlı saxta rəy verilib?

yanan bina

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Məlahət Ağasıyevanın ifadəsi elan olunub. İfadədə göstərilib ki, təqsirləndirilən şəxs, Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov poliuretan məhsullarına saxta sertifikat verilib: "Akif Əlibəyov mərkəzə direktor təyin olunandan sonra bizə də təzyiq göstərirdi ki, poliuretan məhsullarının texniki şərtləri nəzərə alınmadan müsbət rəy verilsin və araşdırma aparılmasın".

 A. Əlibəyov isə ifadə ilə razılaşmayıb və Məlahət Ağasıyevanın yol verdiyi nöqsanlara görə, işindən kənarlaşdırıldığını deyib: "Buna görə bu adamın ifadəsi qərəzlidir. Bizimlə düşmənçiliyi olduğunu da etiraf edib".

 Miryusif Mahmudovun vəkili məhkəmə prosesində əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıb: ""Məsələn, Global Constuction" MMC-nin təhlükəsizlik məsələləri üzrə rəhbəri Arif Əliyev məhkəmədə ifadə verməlidir".

 Hakim vəsatətin müzakirəsini növbəti mərhələyə saxlayıb.

  Məhkəmə prosesi noyabrın 15-də davam etdiriləcək.