XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2016 - 16:17

Rumıniya səfiri BANM-də oldu –Elmar Qasımovdan səfirə təklif

elmar-rumin

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb.

BANM-in mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, görüş zamanı rektor Elmar Qasımov qonağı salamlayaraq, BANM-in yaranma tarixi və fəaliyyət istiqamətlərindən söz açıb.

Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışan Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən bəhs edib.

BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumlarla geniş əlaqələrindən danışan Elmar Qasımov səfirə BANM-in tələbələri üçün təqdimat və ya məruzə ilə çıxış etmə təklifi də verib.

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku səmimi qəbula görə təşəkkür edərək, təklifi qəbul edib. Səfir BANM ilə Rumıniya universitetləri arasında təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına xüsusi önəm verdiyini vurğulayıb. O, Rımıniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin inkişafından söz açıb.

Görüşdə, o cümlədən universitetlərarası əlaqələr, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

elmar-rum-2