XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

14 Noyabr 2016 - 10:00

Avtoqəzaların əsas səbəbi yüksək sürətdir:Sərxoş sürücülər cəmi 1 faiz təşkil edir –Statistika

qeza-masin-

Azərbaycanda bu ilin 10 ayında baş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

 Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 638 nəfər ölüb, 1721 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 169 fakt (9,2%), həlak olanların sayı 103 nəfər (13,9%), xəsarət alanların sayı 184 nəfər (9,7%) azalıb. (APA)

Respublika üzrə qeydə alının yol qəzalarının 561-i Bakı şəhəri ərazisində baş verib. Nəticədə 158 nəfər ölüb, 579 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və xəsarət alanların sayı müvafiq olaraq 107 fakt (16%), 37 nəfər (19%) və 139 nəfər (19,4 %) azalıb.

 Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,9%-i (654 hadisə, 250 ölüm, 708 xəsarət alan) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,2%-i (390 hadisə, 179 ölüm, 340 xəsarət alan) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,9%-i (217 hadisə, 49 ölüm, 256 xəsarət alan) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (33 hadisə, 15 ölüm, 31 xəsarət alan) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Həmçinin bu ilin 10 ayında Azərbaycanda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

2016-ci ilin 10 ayı ərzində respublika ərazisində qeydə alınan 1677 yol-nəqliyyat hadisəsindən 41,8%-ni (702) piyadaların vurulması təşkil edib. Nəticədə 257 piyada ölüb, 516 nəfər xəsarət alıb.

 Qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə ölüb, 165 nəfərsə xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 14, xəsarət alanların sayı isə 8 nəfər azalıb.