XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Noyabr 2016 - 21:15

Hədəf Kurslarının ən böyük tədris binasının açılışı oldu –FOTOlar

hedef-1

"Müasir tədrisimizin milli brendi" adlandırılan və 9 ildir fəliyyət göstərən Hədəf Kursları uğurlarını, eləcə də fəaliyyət imkanlarını genişləndirməkdə davam edir.

Strateq.az xəbər verir ki, Bakı və Sumqayıt şəhərləri üzrə 6 filialla fəaliyyət görən Hədəf Kurslarının "Azadlıq" filialının yeni və ən böyük tədris binasının açılışı olub.

Tədbirdə Hədəf kurslarının  bütün filiallarından müəllim-şagird heyəti iştirak edib. Tədbiri Hədəf Kurslarının Xarici əlaqələr və sosial layihələr üzrə departament müdiri Elvin Əliyev açıb, "Azadlıq" filialının fəaliyyət dövrü, uğurları və imkanları haqqında məlumat verib. Sonra kursun baş direktoru dosent Şəmil Sadiq və həmtəsisçi Vüqar Tarquliyev çıxış ediblər.

Tədbirin rəsmi dəvətlilərindən Atatürk liseyinin rəhbəri Ali Devrim Hədəf Kursları ilə əməkdaşlıqdan və kursun təhsilimizə verdiyi töhfələrdən bəhs edib. Çıxışlardan sonra mükafatlandırma başlayıb.

Tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.  2015-2016-cı tədris ilində göstərdiyi uğurlu fəaliyyətə görə “İlin filialı” nominasiyası üzrə mükafat Xırdalan filialının müdiri Anar Allahverdiyevə təqdim olunub. Qəbul imtahanında “Ən yüksək nəticə” göstərən dörd şagirdə – Məmmədov Şahbaba (700 bal), Nəzərəliyev Rəvan (700 bal), Cəfərov Elgün (696 bal) və Nəzərəliyev Nurlana (685 bal) təltifnamə və 500 manat pul mükafatı təqdim olunub.

Eyni zamanda, 2015-2016-cı tədris ilində qəbul imtahanı zamanı hər hansı fəndən bütün sualları doğru cavablandıran şagirlərin müəllimlərinə də təbriknamə və pul mükafatları təqdim edilib.

Xatırladaq ki, 2015-2016-cı tədris ili Kursun fəaliyyətində olduqca böyük uğurlar ilə yadda qalıb. Respublikada ali məktəblərə qəbul imtahanı zamanı maksimum bal toplayan 10 şagirddən 3-ü məhz Hədəf Kurslarının abituriyenti olub. Bu şagirdlərin içərisində Şahbaba Məmmədovun göstərdiyi nəticə isə Rus bölməsi abituriyentləri arasında indiyə qədər olan ən yüksək nəticə sayılır.

h-2

h-4

h-5

h-6

h-7

h-8

h-3

h-9

h-10

h-11

h-12

h-13

h-15