XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 12:19

Uşağını 3 yaşadək təkbaşına böyüdən valideynləriniş saatı qısaldılır

Azərbaycanda uşağını təkbaşına böyüdən valideynlərə verilmiş xüsusi güzəştlərə dəyişiklik edilir. 
 
APA-nın məlumatına görə, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik müzakirə olunub. 

Layihəyə əsasən “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” üçün nəzərdə tutulan güzəşt “3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilir. 
 
Qanunun hazırkı variantına görə, hazırda dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir. 
 
Yeni layihədə isə təklif edilib ki, “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” üçün nəzərdə tutulan güzəşt bundan sonra 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə aid edilsin.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.