XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 13:10

Azercell-dən uşaqlar üçün pulsuz diş müayinələri- FOTO

Noyabrın 14-dən başlayaraq Binəqədi rayonunun Biləcəri qəsəbəsində Azercell Telekom MMC-nin Mobil Diş klinikasının təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Biləcəri bələdiyyəsinin İctimai-humanitar sektorunun təşkilatçılığı ilə 8-17 yaş arası uşaqlar üçün pulsuz diş müayinələri təşkil edilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata gröə, müayinələr zamanı klinikanın həkimləri kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərərək, lazımı tədbirlər görürlər.

Müayinələr iki həftə davam etdiriləcək, hər həftənin ikinci və dördüncü günləri olmaqla saat 13:00-dan-17:00-dək keçiriləcək.