XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 16:10

Ölkədə əlillərə ayrılanmüavinət artırılacaq

qwe

Azərbaycanda əlillərə ayrılan 55 manat məbləğində sosial müavinət artırıla bilər. Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitə iclasında deyib.

Deputat Aytən Mustafayeva əlillərə ayrılan 55 manat vəsaitin təyinatının nədən ibarət olmasının açıqlanmasını istəyərək və bu vəsaitin 2017-ci ildə büdcə xərcləri müzakirə olunan zaman artırılması təklifi ilə çıxış edib.

Komitə sədri Hadı Rəcəbli deputatın təklifini dəstəkləyib və bildirib ki, gələn ilin büdcəsində sosial müdafiə məqsədli xərclər müəyyənləşdirilərkən inflyasiya nəzərə alınıb: “Bu baxımdan sosial müdafiə xərclərinin artırılması nəzərdə tutulub ki, əlillərlə bağlı məsələ də onun içərisində var”.

H. Rəcəbli qeyd edib ki, gələn ilin büdcəsində ehtiyac meyarı builki kimi saxlanacaq, amma yaşayış minimumu artırılacaq.

Deputatların əlillərlə bağlı təklifini Elmira Axundova da dəstəkləyib.