XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 16:15

Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək- Saatlıda

meleyke

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə noyabrın 24-də Saatlı rayonunda vətəndaşları qəbul edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər ki, qəbulda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

 Noyabrın 24-də saat 11.00-da Saatlı rayon Gənclər Mərkəzində (ünvan: Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 71) keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya komissiyanın Şirvan regional bölməsinə (Ünvan: Şirvan şəhər M.Ə.Rəsulzadə prospekti, 19, əlaqə tel.: (02121) 215-15-23) müraciət etməlidirlər. 

Bundan əlavə, Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala rayon təhsil şöbələrində noyabrın 16-dan 23-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.