XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

16 Noyabr 2016 - 16:29

Azərbaycanda sosial müdafiəxərcləri artırılacaq

parlament 22

Azərbaycanda əlillərə ayrılan 55 manat məbləğində sosial müavinət, o cümlədən digər sosial müdafiə məqsədli ödənişlər artırıla bilər.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirilib.

Çıxış edən deputat Aytən Mustafayeva əlillərə ayrılan 55 manat vəsaitin təyinatının nədən ibarət olmasının açıqlanmasını və bu vəsaitin 2017-ci ildə büdcə xərcləri müzakirə olunan zaman artırılmasını təklif edib. Komitə sədri Hadı Rəcəblideputatın təklifini dəstəkləyib və bildirib ki, gələn ilin büdcəsində sosial müdafiə məqsədli xərclər müəyyənləşdirilərkən inflyasiya nəzərə alınıb: “Bu baxımdan sosial müdafiə xərclərinin artırılması nəzərdə tutulub ki, əlillərlə bağlı məsələ də onun içərisində var”.
 
H.Rəcəbli qeyd edib ki, gələn ilin büdcəsində ehtiyac meyarı builki kimi saxlanacaq, amma yaşayış minimumu artırılacaq.