XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 15:46

Müəllimlərin gecikən maaşları bank hesablarına köçürüldü –Bakı Təhsil İdarəsi

mekteb

Bakıda dövlət ümumtəhsil müəssisələrində işləyən bütün müəllimlərin əmək haqları artıq onların bank hesablarına köçürülüb.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, hazırda müəllimlərin maaşlarının gecikdirilməsi yalnız texniki məsələlərlə bağlı ola bilər.

Qeyd edək ki, Bakıda çalışan müəllimlərin oktyabr ayına olan əmək haqları gecikib. Müəllimlərə əmək haqqı kartla ödənilir.