XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 17:08

Angela Merkel Azərbaycan bəstəkarının musiqi diskini alıb –Kanslerin hansı əsərdən xoşu gəlib?

merkel-disk

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox yerində səsləndirlir.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən  verilən məlumata görə, bu günlərdə F.Əlizadənin musiqisinin yer aldığı OYAN diski Almaniya kansleri Angela Merkel tərəfindən də əldə olunub. (Trend)

Məlumatlara görə, məşhur musiqiçi Konstantin Manayev konsertlərin birində F.Əlizadənin “Aşk havası” əsərini ifa etdiyini və A.Merkelin bu əsərdən xoşu gəldiyini deyib. Nəticədə A.Merkel bəstəkarın violonçel musiqisinin yer aldığı OYAN diskini musiqi kolleksiyasına əlavə edib.