XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 11:43

Nazir:“Azərbaycan dünyada meşə örtüyü artan ikinci ölkədir”

husenqulu

Azərbaycan meşə örtüyü artan azsaylı ölkələrdən biridir.

Bunu jurnalistlərə açıqlamasənda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazir bildirib ki, hazırda ölkədə əhalinin oduna olan tələbatı azalıb və meşələrin mühafizəsi gücləndirilib:

"Son 10 ildə Azərbaycan dünyada meşələrin mühafizəsini artıran ikinci ölkədir. Daha çox meşə zolağı olan ölkələr var. Amma bu sahədə inkişafa görə biz ikinci ölkəyik. O cümlədən, ətraf mühitin çirklənməsinə qarşı, havaya atılan tullantıların qarşısının alınması istiqamətində aparılan tədbirlərə görə Azərbaycan dünyada 5-ci dövlətdir".