XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 15:24

Məleykə Abbaszadə:“Qəbul imtahanlarında iştirak üçün ödəniləcək tarifləri müəyyənləşdirmişik”

meleyke-2

“Dövlət İmtahan Mərkəzi Azərbaycanda keçiriləcək imtahanlarda iştirak üçün ödəniləcək tarifləri müəyyənləşdirib. Lakin Nazirlər Kabineti bizim fəaliyyətimizə aid olan xidmətləri müvafiq sənədə daxil etməyib. Bizim xidmətlər müvafiq sənədə daxil olmalıdır ki, Tarif Şurasına müraciət edə bilək. Həmin xidmətlər dövlət tərəfindən tənzimlənir”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. M. Abbaszadə bildirib ki, onlar xidmətlərin neçəyə başa gəlməsi, verilən büdcə pulunun necə istifadə olunmasını müəyyənləşdiriblər: “Bilirik ki, hər bir iştirakçı üçün imtahan neçəyə başa gəlir. Amma Tarif Şurasına müraciət edəndə hansısa dəyişikliklər ola bilər. Onu da nəzərə almaq lazımdır ki, biz indi müəyyən vergi ödəyicisiyik və bu, qiymətlərdə nəzərə alınacaq. Yanvarın 1-dən bizə 1 milyon manat dəyərində nizamnamə fondu ayrılıb. Amma bu da yalnız bir fonddur. Biz yalnız pullu xidmət göstərib, hansısa gəlir əldə edib, işçilərə maaş verə bilərik”. (APA)