XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Noyabr 2016 - 12:00

Nazirlikdən müəllimlərə xəbərdarlıq:“Cavabdeh deyilik”

nazirlik

İnternet işbazları bu dəfə müəllimləri hədəf seçib.

Bəzi saytlarda müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına düşən sualları test formasında yerləşdiriblər. Burada bütün fənlər üzrə test sualları və cavabları yerləşdirilib.

Saytda sistemə daxil olmaq, yəni onlayn sınaqdan keçmək üçün hesabı artırmaq şərt kimi qoyulub. İstifadəçi bütün bölmələrdən yararlanmaq üçün bir aylıq 3 manat ödəməlidir.
Lətafət Abdullayeva bir neçə dəfə onların tələsinə düşüb. Hər dəfə də balansından pul silinib.

Təhsil Nazirliyindən Xəzər-xəbər-ə verilən məlumatda müəllimlərə belə fırıldaqlara alət olmamaq üçün xəbərdarlıq edilib. Tədrisin keyfiyyətini yüksəltmək üçün müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından keçmələri vacib hesab olunur. Bu məqsədlə də nazirliyin rəsmi saytında həm forma, həm də məzmun etibarilə diaqnostik qiymətləndirmə imtahanına uyğunlaşdırılan testlər mövcuddur. Müəllimlər, heç bir ödəniş etmədən sadəcə qeydiyyatdan keçərək bu xidmətdən yararlana bilərlər. Müxtəlif saytlarda yerləşdirilən belə test suallarına nazirlik cavabdeh olmadığından, həqiqəti əks etdirməyə bilər.  (Axar.az)