XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2016 - 19:24

Ziyarətə getmiş azərbaycanlı qadın Kərbalada vəfat edib

mosul_iraq

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarət etmək üçün gedən qadınlardan biri dünyasını dəyişib.

Bu barədə "Report"a hazırda Kərbəla ziyarətində olan Nisə Tağıyeva məlumat verib. O, dünyasını dəyişən qadının 65 yaşlı Səyyarə adlı şəxs olduğunu bildirib.  N.Tağıyevanın sözlərinə görə, ölən şəxsin vəziyyəti qəflətən pisləşib. 

Hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün İraqın müvafiq dövlət qurumları ilə danışıqlar aparılır.