Sosial layihələr həyata keçirən 20 QHT-dən ibarət Şəbəkənin yaradılması üçün Bakı, Şəki, Zaqatala, Baləkən, Qax, Oğuz, Qəbələ rayonlarından QHT-lərin seçilməsi prosesinə start verilir
BMT İnkişaf Proqramı Birləşmiş Millətlət Təşkilatının İnkişaf Agenliyi dünyanın 170-ə yaxın ölkəsində yoxsulluğun, bərabərsizliyin və təcridolunmanın aradan qaldırılması üçünfəaliyyət göstərir. BMT İnkişaf Proqramı davamlı inkişafa nail olmaq üçün ölkələrə siyasətin hazırlanması, liderlik bacarıqlarının, tərəfdaşların institusional imkanlarının və dayanıqlılığın artırılması üçün dəstək göstərir.
2016-cı ilin oktyabr ayından başlayaraq BMT İnkişaf Proqramının Azərbaycan ofisi “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında VətəndaşCəmiyyətinin rolunun artırılması” adlı layihə həyata keçirir. Bu layihə çərçivəsində bir sıra fəaliyyətlərin icrası BMT İnkişaf Proqramının Azərbaycan ofisi ilə bağlanmış xidmət müqavilələrinə əsasən “Konstitusiya” Araşdırmalar Fondunun ekspetlərinə həvalə edilib.
Layihə çərçivəsində Bakı, Şəki, Zaqatala, Baləkən, Qax, Oğuz, Qəbələ rayonlarından sosial layihələr həyata keçirən 20 QHT-nin seçilməsi, bu QHT-lərdən ibarət Şəbəkə yaradılması, QHT-lərin sosial layihələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunması ilə əlaqədar bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsi nəzərdə tutulub. Seçilmiş QHT-lərə 2 təlim keçirilməsi, Şəki, Zaqatala, Baləkən, Qax, Oğuz, Qəbələ rayonlarında sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunması, onlara münasibətdə dövlətin öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti haqqında hesabat və region üzrə ümumi Fəaliyyət Planlarının hazırlanmasına cəlb olunması nəzərdə tutulub.
Layihə heyəti QHT-ləri bu layihədə iştiraka dəvət edir.
Seçim prosesi 2 mərhələdə aparılacaq:
Maraqlanan QHT-ləri bu elana əlavə olunmuş Müraciət Formasını dolduraraq 05.12.2016-cı il tarixə qədər [email protected] ünvanına göndərmələri xahiş olunur.
Məktubun mövzusunda: “Şəki-Zaqatala regionunda QHT Şəbəkəsi üçün Müraciət” yazın
Əlavə məlumat üçün əlaqə:
Zaur İbrahimov
E-mail:[email protected]Telefon: (+99470) 6099302
Müraciət Formasını bu linkdən yükləyin
Strateq.az