XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2016 - 14:27

2017-ci ildə Azərbaycanda yaşayış minimumu14 faizə yaxın artacaq

2017-ci ildə Azərbaycanda yaşayış minimumu 155 manat həcmində proqnozlaşdırılır. Bu, ötənilki göstəricidən 13,97 faiz çoxdur.

Trend-in məlumatına görə, bu Milli Məclisə təqdim olunmuş “Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yer alıb.

Qann layihəsində qeyd olunur ki, gələn il üçün əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 164,50 manat, təqaüdçülər üçün 130,2, uşaqlar üçün 136,6 manat təşkil edəcək.

Qeyd edək ki, 2016-cı il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 136 manat, təqaüdçülər üçün 115, uşaqlar üçün 118 manat təşkil edib.