XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2016 - 17:31

Gəncədə çini qablar istehsal edənmüəssisə açılır

Gəncədə çini qablar istehsal edən müəssisənin təməli qoyulacaq.

Azərtac xəbər verir ki, bu barədə BMT-nin Azərbaycanda olan nümayəndə heyəti ilə keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

Hazırda Gəncə şəhərində 30-a yaxın iqtisadi-sosial layihənin icra edildiyini deyən E.Vəliyev yeni zavodun fəaliyyətə başlamasını yerli sakinlərin işlə təminatı istiqamətində mühüm töhfə olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Gəncədə ilk çini qablar zavodu 1970-ci illərin əvvəllərində işə düşüb və 2500 nəfərə yaxın işçinin çalışdığı müəssisə 25 ildən çox fəaliyyət göstərib. Zavodun Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə kimi istehsal məhsulları keçmiş ittifaq ölkələrinə ixrac olunub.