XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2016 - 18:37

Azərbaycan-İran sərhədində yeni dəmir yolu körpüsübu il hazır olacaq

“Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan-İran sərhədində Astaraçay üzərindən keçən dəmir yolu körpüsünün tikintisi bu ilin dekabrında başa çatacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O qeyd edib ki, dəmir yolunun Astara stansiyasından sərhəddə yerləşən körpüyə qədər olan 8,3 kilometrlik hissəsi artıq hazırdır və sınaqdan keçirilib.

C.Qurbanovun sözlərinə görə, uzunluğu 85 metrə çatan körpünün tikintisi, demək olar, başa çatıb: "İndi sınaq işləri aparmaq lazımdır. Körpünün tikintisi dekabrda başa çatacaq”.