XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2016 - 19:21

Gömrük Komitəsi:"Azərbaycana saxta yumurta və düyü idxal edilməyib"

Bu il Çindən Azərbaycana, ümumiyyətlə yumurta idxalı qeydə alınmayıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən Trend-ə daxil olan məlumatda qeyd olunur.

Məlumatda həmçinin qeyd olunur ki, 2016-cı ildə Azərbaycana Çin istehsalı olan cəmi 2 ton düyü idxal edilib.

Çindən Rusiyaya göndərilən düyü məhsulunun cəmi 2 tonu Rusiya şirkəti tərəfindən standartlara uyğun qablaşdırılaraq Azərbaycana ixrac edilib ki, həmin məhsul da hər iki dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilib və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verir.