XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 19:50

Cəbhə xəttində yerləşən kəndlərin bərpasına vəsait ayrılacaq –Rəsmi

tank-cebhe

Gələn il Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən kəndlərin bərpasına vəsait ayrılacaq.

Bu barədə Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2017-ci ildə Dövlət İnvestisiya Proqramının istiqamətlər üzrə bölgüsünə dair layihə sənədinə əsasən dövlət əsaslı vəsait qoyuluşu hesabına ərazilərin bərpası, yenidənqurulması və fövqəladə halların aradan qaldırılması yönümlü layihələr üzrə proqnozlaşdırılmış 1 milyon manat vəsaitin Ermənistan və Azərbaycan silahlı qüvvələrinin Təmas xəttindən 3 km-lik məsafədə yerləşən kəndlərin bərpası istiqamətində istifadə olunması nəzərdə tutulub. 

APA