XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 17:07

Eyyub Hüseynov:“Yol qırağındakı təndirlər təhlükə mənbəyidir”

e

“Yol qıraqlarında yerləşən təndirlərdə qadınların üzündən tər xəmirin içinə axa-axa, heç bir şərait olmadan un məmulatları bişirilir. Bu işlər heç bir gigiyenik qaydalara əməl edilmədən görülür. Bu məsələ ilə bağlı çox böyük çatışmazlıq var, əhalinin hüquqları pozulur”.

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, dövlət qurumları, təəssüf ki, bununla bağlı heç bir yoxlama aparmır: “Hətta istehlakçı zəhərlənsə belə, dövlət qurumları heç bir iş görmür. Biz hazırda “Amazon” restoranına qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşırıq. Orda zəhərlənmə olub. Sahibkarlar onlar üçün yaradılmış şəraitdən sui-istifadə edirlər. Təəssüf ki, dövlət qurumlarının yoxlama səlahiyyəti, demək olar, tamamilə əllərindən alınıb. Yoxlama aparmaq üçün bir gün öncədən gərək reyestrə məlumat versinlər. Yoxlama aparılacaq obyekti xəbərdar etsinlər ki, hazırlaşın, sizi yoxlamağa gəlirik. Aç qapını, gələk, səni öldürək prinsipi. Çox effektsiz. Dövlət orqanlarını dəfərlərlə xəbərdar  etmişik ki, bazar çox sürətlə çirklənir, əhalinin sağlamlığına ciddi zərbə dəyir”.

Eyyub Hüseynov hesab edir ki, ölkədə qida təhlükəsizliyi ilə bağlı qanun qəbul olunmalıdır: “Ərzaq təhlükəsizliyinə dair qanun var, ancaq qida təhlükəsizliyinə dair qanun yoxdur. Dövlət qurumlarının verdiyi məlumata görə, yerli istehsal mallarının vahid reyestri yaradılacaq. Həmin reyestrdə mallar sertifikatlaşdırılıb yoxsa yox, bu mütləq qeyd edilməlidir. Azad İstehlakçılar Birliyi araşdırıb ki, bu gün ölkədə 800 adda mal sertifikatlaşdırılmayıb, ümumiyyətlə, hər hansı bir yoxlamadan keçmədən satılır. Ümumilikdə ölkədə istehlakçının səsinin eşidilmə mexanizmi yoxdur. İstehlakçı nə istəyir, bu haqda heç kim düşünmür”.