XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

27 Noyabr 2016 - 14:20

3500 müəllimin diaqnostik qiymətləndirilməsinəbaşlanıldı

Noyabrın 27-də İsmayıllıda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, İsmayıllı Olimpiya İdman Kompleksində təşkil olunan və 2 gün davam edəcək qiymətləndirmədə İsmayıllı ilə yanaşı, Şamaxı və Qobustan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 3500 nəfərədək müəllim iştirak edəcək.

Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlara cəlb ediliblər.