İnternetdə Azərbaycanla bağlı maraqlı video yayımlanıb.
Strateq.az bildirir ki, videoda dəqiq ünvanı göstərilməyən böyük ərazidə dəmirdən qurulan qəfəslər göstərilir. Bu qəfəslərdə isə vəhşi heyvanlar saxlanılır. Bir-birinin ardınca düzlümüş bu qəfəslərin sahibinin şəxs, yaxud istirahət mərkəzinin olması açıqlanmır.
Kadrda bir cavan oğlanın qəfəsin içində canavarları şampunla və güclü su şırnağı ilə yuması əks olunub. Suyun təzyiqindən qorxan canavarlar qəfəsboyu qaçışır, oğlan isə onların hər birini tutaraq ayrı-ayrı şampunlayır və su ilə yuyur. Hiss olunur ki, güclü su şırnağı binəva heyvanları möhkəm qorxudub. Videoçəkilişi aparan şəxslə zarafatlaşsalar da məkanın adı çəkilmir. Daha sonra kadrda böyük qonur ayı göstərlir. Bir qədər kənarda isə qəfəsə maraqla baxan uşaqlar görünür.
Qəfəslərin sıra ilə düzlüşü onu deməyə əsas verir ki, o məkanda xeyli vəhşi heyvan saxlanılır.
Bu kadrlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi də baxsa yaxşı olar…