“Xalqxeber.az” İnformasiya Agentliyinin baş redaktoru, tanınmış jurnalist Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcək.
Bu haqda Strateq.az saytına məlumat verən jurnalist Peyman Sadıqovun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi ondan namizədliyini irəli sürməyi xahiş ediblər. Jurnalist bu təkliflərdən qürur duyduğunu və qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürmək qərarında olduğunu ifadə edib.
Jurnalist P.Sadıqov Şirvan şəhərində mövcud olan problemlərdən kifayət qədər yaxşı xəbərdar olduğunu bildirib və deyib: “İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. çalışmışam ki, çətin anlarında hər kəsin yanında olum. Deputat seçilsəm, xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.