XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2016 - 03:07

“Kvant fizikası gənc alimlərin təqdimatında” –BANM-də layihə (FOTOlar)

kvant-1

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihə həyata keçirilir.

Strateq.az xəbər verir ki, layihə noyabrın 27-dən başlanıb və hər həftənin bazar günü olmaqla 5 həftə davam edəcək. Bütün təlimlər isə Bakı Ali Neft Məktəbində həyata keçiriləcək.

Layihə rəhbəri BANM-in Tələbələrlə iş şöbəsinin rəisi və BANM HİK sədri Həbibə Sadıqlı bildirib ki, layihə çərçivəsində iştirakçıların  gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə "Kvant fizikası nədir?"; "Dünyanın yaradılışı barədə elmi yanaşmalar: Nöqtə partlayışı" (“Big bang”); "Tanrı zərrəciyi – “Hiqqs bozonu”"; "Böyük Adron kollayderi", yekunda isə nəzəriyyənin tətbiqləri və nəticələrinə dair yanaşmalar, fəlsəfi-dini istiqamətli yanaşmalarla tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar. 

O, həmçinin qeyd edib ki, təlimlər ərzində təqdimatların keçirilməsi üçün təlimçilər tərəfindən hər bir qrupa mövcud problemlər sırasından müəyyən bir mövzu təqdim olunaraq, yarışma keçiriləcək. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdirəcəklər. Hazırlanmış posterlər (prezentasiyalar) qrup liderləri tərəfindən təqdim olunduqdan sonra qalib komanda üzvləri müəyyən edilərək fərqlənmə diplomu və hədiyyə ilə təltif olunacaqlar.

İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər.

Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və qalib komandanın üzvlərinə fərqlənmə diplomları, həmçinin hədiyyələr təqdim olunacaq.

kvant-2

kvant-3

kvant-4

kvant-5

kvant-6

kvant-7

kvant-8